Xəbərlər

Sosial xərclər 9.2% artırılacaq

sen-22
18:20 2022

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində sosialyönlü xərclər 2022-ci illə müqayisədə 9,2 % çox nəzərdə tutulub.

 

Bunu Baş Nazir Əli Əsədov 2023-cü il üzrə dövlət və icmal büdcə layihələrinin, həmçinin sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasda bildirib.

 

O, əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb, qeyd edib ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi planlaşdırlıb.

 

Hökumət başçısının sözlərinə görə, əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortası, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru