Xəbərlər

Payızda yaz havası - Fəsillər yerini dəyişir?

okt-06
16:20 2022

Payızda yaz havası - Fəsillər yerini dəyişir?

Hazırda payız mövsümü olmasına baxmayaraq, havanın temperaturu normadan 3.16 dərəcə yüksəkdir.

 

Bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva oktyabr üçün xarakterik olmayan hava şəraitilə bağlı danışarkən bildirib.

 

Ü.Tağıyeva deyib ki, hazırda paytaxtda, eləcə də əksər rayonlarda hava yağmursuzdur:

 

“Oktyabr ayının ilk günlərində havanın mülayim keçməsi haqqında proqnoz vermişdik. Bu gündən etibarən hava şəraitinin dəyişəcəyi gözlənilir. Abşeron yarmadasında şimal küləyinin sürəti bir qədər artacaq. Ayın 7-si və 8-i temperatur tədricən enəcək və oktyabr ayı üçün səciyyəvi olan göstəricilər müşahidə olunacaq. Paytaxtda təxminən 21-22 dərəcə isti gözlənilir. Uzun müddət yağmursuz hava şəraitindən sonra bəzi rayonlarda bu proses yağışlarla müşahidə olunacaq. Çox güclü yağıntılar gözlənilmir, amma şimal-şərq rayonlarında leysan xarakterli yağıntıların bir qədər intensivləşəcəyi gözlənilir”.

 

Nazirlik rəsmisi bildirib ki, hazırkı hava şəraitini təyin edən hava kütləsi cənubdan hərəkət edən hava kütləsidir:

 

“Həmin hava kütləsi də istidir. Onların təsiri nəticəsində hava bu qədər mülayim keçir. Hava hazırda dəyişkəndir. Şimal qərbdən soyuq atmosfer cəbhələri ölkə ərazisinə yaxınlaşır".

 

U.Tağıyevanın sözlərinə görə, oktyabr üçün xarakterik olmasa da, müxtəlif illərdə bu cür hava şəraiti müşahidə olunub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru