Xəbərlər

Naxçıvan camaatı yeni GÖMRÜKBAŞIDAN MƏMNUN DEYİLLƏR... - AXI NİYƏ?!

dek-02
11:20 2022


Naxçıvan camaatı yeni GÖMRÜKBAŞIDAN MƏMNUN DEYİLLƏR... - AXI NİYƏ?!

Xəbər verdiyimiz kimi, bugünlərdə ölkə başçısının imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib, onun yerində isə Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib. Bununla yanaşı, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyevə tapşırılıb.

 Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev Bakı şəhərində anadan olsa da, o, əslən Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndindəndir. Redaksiyamıza verilən informasiya da o da deyilir ki, Vüqar Əliyev Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə gələr-gəlməz verdiyi qərarla sələfi - Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin rəisi general-leytenant Səhət Həbibbəyliyə rəhmət oxutdurmaq niyyətində olduğunu ortaya qoyub.

Belə ki, Naxçıvan Baş Gömrük İdarəsinin rəisinin qərarına əsasən Muxtar Respublika sakinləri artıq yalnız 15 gündən bir Türkiyə və İrana gedə biləcəklər. Yəni, naxçıvanlılar ayda cəmi iki dəfə adıçəkilən ölkələrə getmək imkanına sahib olacaqlar. Məhz buna görə də artıq Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan Cənubi Azərbaycanın Culfa şəhərinə, Kəngərli rayonunun Şahtaxtı kəndindən Cənubi Azərbaycanın Poldəşt şəhərinə, o cümlədən Sədərək rayonundan qardaş Türkiyənin İğdır şəhərinə gediş-gəliş məhdudlaşdırılıb. Hələlik bunun dəqiq səbəbini izah edən olmasa da, görünən odur ki, Vüqar Əliyev Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə gəlişi naxçıvanlıların ümidlərini doğrultmaq əvəzinə onlara əlavə problemlər yaradır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru