Xəbərlər

"`Günay sığorta` hələ də pul köçürməsi etməyib..." - GİLEY

yan-23
18:00 2023


"`Günay sığorta` hələ də pul köçürməsi etməyib..." - GİLEY

"24.12.2022-ci il tarixdə avtoqəza oldu. Yeni qərara görə günahsız tərəfin öz sığortası dəymiş zərəri qarşılayır və günahkar tərəfin sığortasından pulu özləri tələb edir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Bayram Mustafayev adlı istifadəçi giley edir.
"`Günay sığorta` hələ də pul köçürməsi etməyib..." - GİLEY
Daha sonra narazı vətəndaş yazır (gileyi olduğu kimi təqdim edirik -red.): "Mən də sevindimki, ged-gələ düşməyəcəm. Xeyli danışmalardan, mübahisələrdən sonra nəhayətki, öz sığortamla razılığa gəldimki dəymiş zərəri qarşılasınlar. Onu da qeyd edimki, rəsmi email yazmasaydım, işə baxan yox idi. 09.01.2023 tarixdə rəsmi cavab aldımki, sizə 950 manat pul ödəyəcəyik, dedim məqbul sayıram, ancaq rəsmi emaildə 990 manat xərcimin çıxdığını bildirdim. Bu günki tarixi (19.01.2023) nəzərə alsaq, Gunay sığorta hələdə pul köçürməsi etməyib. Operatorla əlaqə saxlayıram bildirirki, bu qədər gec olmasını nəzərə alaraq işinizi sürətləndirəcəyik. Mən başa düşmədim 7 iş günü ərzində müvaifq şöbələri və işçiləri yatırdı yoxsa öz işlərindəki məsluyyəti hiss etmirlər".

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru