Xəbərlər

MCP sədrinin müavini: “Azərbaycan gənci sosial-iqtisadi problemlər içərisindədir”

fev-02
18:06 2023


“Bu gün Azərbaycanda Gənclər Günüdür. Könül istər ki, Azərbaycan gəncini problemlərdən uzaq, məşəqqətsiz və arzuladığı bir cəmiyyətdə görək. Təəssüflər olsun ki, günümüzün reallığı əksini göstərir".

Bunu Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehtiyev deyib. 

Sədr müavini qeyd edib ki, gənclərin problemləri çoxdur:

"Bu problemlər ayrı-ayrı insanlara məxsus deyil, bütövlükdə cəmiyyətə aid bir problemdir. Düzdür, bu problemlərin həlli istiqamətində işlər görülür. Amma görülən işlər yetərli deyil. Çünki hələ də küçələrdə, çayxanalarda, internet klublarında gənclər öz qızıl vaxtlarını məhv edirlər. Təbii ki, bunu keflərindən etmirlər, onların əksəriyyəti işsiz gənclərdir.

Azərbaycan gənci uşaqlıqdan sosial-iqtisadi problemlər içərisində böyüyür. Gənclər məktəbi bitirir və həmin məktəbin verdiyi "yüksək təhsillə" ya qəbul imtahanından kəsilir, ya da valideyinlərin min bir əziyyəti ilə qazandığı pulları repetitorlara verilməsi hesabına universitetə daxil olur. 

Hər iki halda heç nə dəyişmir. Qəbul ola bilməyən gənclər küçələrə, çayxanalara, internet klublarına üz tuturlar. Qəbul olanlar isə təhsil aldıqları müddətdə universitetin xərclərini qarşılamaq üçün restoran və şadlıq saraylarında işləyirlər. 

Bu cür gənclərin iş tapa bilməməsinin səbəbi Məşğulluq İdarələrində gənclərə təklif olunan vakansiyaların həddindən artıq gülünc olmasıdır. Təsəvvür edin ki, evi, işi olmayan bir gənc Məşğulluq İdarəsinə müraciət edir və ona aylıq maaşı 300-400 AZN olan mühafizəçi, bağban və fəhlə vakansiyası təklif edirlər.

Amma heç kim düşünmür ki, bu gənc bu maaşla 5 il yeməsə-içməsə, bir qəpik pul xərcləməsə belə, özünə bir ev ala bilməz!Azərbaycan gənci nə istəyir? Vallah çox şey istəmir. Təminatlı gələcək üçün normal iş və başını soxmağa bir ev istəyir.

İstənilən halda sağlam dayaqlar üzərində qurulmuş bir cəmiyyət və təminatlı gələcək Azərbaycan gəncliyinin haqqıdır! Nəzərə almaq lazımdır ki, bunlar gənclərin böyük problemləridir, bunlardan və başqa səbəblərdən doğan hələ yüzlərlə problem var... Amma hər halda bunlar aradan qaldırılması mümkün olmayan problemlər deyil. Sadəcə problemlərin həlli üçün kompleks şəkildə işlər görülməlidir”.

Cebhe.info

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru