Xəbərlər

"Görəsən, icra başçısı BUNLARI GÖRMÜR? - Məktəbli çantasına yemək əvəzinə odun...

fev-03
14:51 2023


Fevralın 2-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Köhnəbazar məktəbində keçirib. Bu görüşlə bağlı sakinlərin təəssüratı birmənalı olmayıb. Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri Lətafət Məlikova da bu vətəndaş qəbuluna maraqlı reaksiya verib.

RİHMM sədrinin qeydlərini təqdim edirik: "Dünən Kürdəmir Rayon içra hakimiyyətinin başcısı Kürdəmir Rayon Köhnəbazar Məktəbində zəhmətkeşləri qəbul edirdi.

Görəsən, təmirsiz məktəbi və sinif otağındakı odun peçlərindən cıxan tüstünü gördümü?

Vətəndaş kimi mənə maraqlıdır.

Məktəbin yeni rəhbərliyi və övladları o məktəbdə oxuyan, hər gün məktəbli cantasında yemək əvəzinə odun qoyan valideynlər məsələni İcra başcısının qarşısında qaldırdımı?

İcra başcısından, məktəb direktorundan, kənd sakinlərindən cavab istəyirəm....

Məktəbli uşaqların yarıdan coxu soyuqdan xəstələnib. Dərsə davmiyyət pozulub. Körpələr yazıqdır. Sağlam gəncliyi məhv etməyin.

Qeyd edim ki, Köhnəbazar kənd məktəbi Kürdəmirin ən qədim məktəbidir. Onun məzunları dünyanın hər tərəfinə səpələnib. Qürurla mənə yazırlar: "Köhnəbazar məktəbinin məzunlarıyıq..""


Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

dia.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru