Xəbərlər

Lənkəranda xeyli sayda tibb işçisi işsiz qalıb - 2 iri xəstəxananın bağlanması...

iyl-20
13:01 2017
Lənkəranda xeyli sayda tibb işçisi işsiz qalıb - 2 iri xəstəxananın bağlanması...



Lənkəranda dəmiryol xəstəxanası fəaliyyətini dayandırıb.

BakuPost.az-a verilən xəbərə görə, xeyli sayda tibb işçisi işsiz qalıb.

Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən yanvarın 1-dən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib.

Bu səbəbdən özünü təmin edə bilməyən xəstəxanaların fəaliyyəti dayandırılıb. Bu günə kimi xəstəxanada çalışanlar işlə təmin olunmayıblar.

Eyni aqibəti hərbi hospitalda işləyənlər də yaşayıb. Lənkəranda hərbi hospitalın bağlanması işsiz tibb ordusu yaradıb.

"Azərbaycan Dəmir Yolları” QSC-nin rayonlarda 10 xəstəxana və tibbi məntəqəsi bağlanıb. Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol Ambulatoriyası, Salyan Dəmiryol Xəstəxanası, Hacıqabul Dəmiryol Xəstəxanası, Mincivan Dəmiryol Xəstəxanası, Gəncə Dəmiryol Gigiyena və Epidemiologiya Mərkəzi, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyadır. Rayonlarda fəaliyyət göstərən xəstəxana və məntəqələrin hər birində ən azı 60 ştat olub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (294)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru