Xəbərlər

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

sen-25
14:31 2017
BSU rektoru beynəlxalq mükafata layiq görülüb


Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə rektorluğun iclası keçirilib.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda sentyabrın 16-dan 23-dək Çerniqov şəhərində ezamiyyətdə olmuş Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və universitetin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, fil.ü.f.d., dosent Yaşar Alxasovun hesabatları dinlənilib.

R. Novruzov səfər çərçivəsində Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin və ÇMTU (Çerniqov Milli Texnologiya Universiteti) nəzdində Azərbaycan dili Bazar Günü Məktəbinin açıldığını bildirib. O həmçinin Bakı Slavyan Universiteti (BSU) ilə Çerniqov Milli Texnologiya Universiteti (ÇMTU) arasında əməkdaşlıq haqqında müqavilə, BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti və Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq barədə memorandum imzalandığını bildirib.

R. Novruzov Çerniqov Milli Texnologiya Universitetinin Elmi Şurasının qərarı ilə BSU-nun rektoru N. Əliyevaya elmi və ictimai fəaliyyətinə görə Fəxri professor adının verildiyini bildirərək diplom və medalı ona təqdim edib.

O, BSU rektorunun Beynəlxalq Sokrat Komitəsi tərəfindən uzunmüddətli vicdanlı və qüsursuz əməyə, peşəkarcasına məsul qərar qəbul etməsinə, elmi və ictimai sahədəki fəaliyyətinə görə “The Name in Science” fəxri mükafatına layiq görüldüyünü də bildirib. R. Novruzov mükafatın oktyabrın 6 və 7 tarixlərində Fransanın Kann şəhərində keçiriləcək İşgüzar Zəfərlər və European Awards Night Beynəlxalq Festivalında təqdim ediləcəyini diqqətə çatdırıb. Prorektor həmçinin Bakı Slavyan Universitetinin də “Ən yaxşı təhsil müəssisəsi” (“Best Educational İnstition Award”) Beynəlxalq mükafatına layiq görüldüyünü bildirib.

N. Əliyeva bu mükafatlarda universitetin hər bir əməkdaşının əməyi olduğunu vurğulayıb, UNESCO-nun Fəxri diplomuna layiq görülməsinin ardınca BSU-nu bu mükafatları almasına görə professor - müəllim heyətindən tutmuş texniki işçilərə qədər hamıya minnətdarlığını bildirib.

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb


Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (294)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru