Xəbərlər

Qənirə Paşayeva Türkiyədə bələdiyyə sədrləri ilə görüşüb

sen-30
13:20 2017
Qənirə Paşayeva Türkiyədə bələdiyyə sədrləri ilə görüşüb


Millət vəkili Qənirə Paşayeva Antakyada Yayladağı bələdiyyə başçısı Hacı Mehmet Kalkan, Kırıkhan bələdiyyə başqanı Ayhan Yavuz, Yayladağı kaymakamı ilə görüşüb.

Xeberfakt.az Lent.aza istinadən məlumatına görə, grüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Yayladağı və Kırıkhanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçıları ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb. Yaxın zamanlarda Yayladağı və Kırıkhanın mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə inandığını deyib. Yayladağı və Kırıkhan bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiklərini deyən Yayladağı bələdiyyə başçısı Hacı Mehmet Kalkan və Kırıkhan bələdiyyə başqanı Ayhan Yavuz Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəklərini deyiblər. Onlar həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduqlarını və millət vəkili Qənirə Paşayevanın Yayladağı və Kırıkhanda Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyiblər. Yayladağı və Kırıkhan bələdiyyə başkanlarına və rəsmilərinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu "Turan yolçusu" və “Aşk yolçusu” kitablarını hədiyyə edən millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiklərini deyən bələdiyyə başkanları və Yayladağı kaymakamı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəklərini bildiriblər.



Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru