Hərbi xidmətdən möhlət hüququ qazanacaq şəxslərin siyahısı genişlənir

yan-23
13:14 2021
Hərbi xidmətdən möhlət hüququ qazanacaq şəxslərin siyahısı genişlənir
Təhsilini davam etdirmək üçün hərbi çağırışa möhlət veriləcək şəxslərin siyahısı genişləndirilir.

Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 21.1.4-cü maddəsinə əsasən, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirinədək hərbi xidmətdən möhlət verilir.

Təklif olunur ki, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara da hərbi xidmətdən 3 ay möhlət verilsin.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yanvarın 26-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728

ARXİV

Fevral 2021 (630)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)
Sentyabr 2020 (637)

Рейтинг@Mail.ru