Kəndli fermer təsərrüfatı Sumqayıt məktəblərini nə ilə isidir... - təzəklə, yoxsa…

may-03
13:58 2021

“Dövlət qurumlarında yol verilən əsas nöqsanlardan biri də satınalmaların düzgün rəsmiləşdirilməməsidir.”

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov aprel ayının 13-də Milli Məclisdə Palatanın illik hesabatını təqdim edərkən deyib.

İqtisadçıların apardığı təhlillər göstərir ki, dövlət qurumları tərəfindən satınalmaların həyata keçirilməsi zamanı ən çox satın alınan malların,iş və xidmətlərin ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, tenderdə iştirak edən iddiaçıdan zəruri sənədlərin alınmaması, bank təminatı alınmadan avansın ödənilməsi, podratçının ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində müəyyən olunmuş tələblərə riayət edilməməsi, açıq tender metodu istifadə edilməli olduğu halda digər metodlardan istifadə edilməsi, büdcə vəsaitlərindən istifadə zamanı rəqabətli satınalma üsullarına deyil, əsasən və daha çox birmənbədən satınalma metodundan istifadə edilməsi kimi nöqsanlara yol verilmişdir.

Aktualinfo.org dövlət satınalmalarında bu kimi qanunsuzluqlara yol verdiyinə görə Təhsil Nazirliyi 1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzinin elektron poçtuna qurum tərəfindən keçirilmiş tenderlərlə bağlı sorğu ünvanlamışdı. Sorğu ilə bağlı telefon əlaqəsi saxladığımız qurumun işçisi məktub rəsmi olmadığından cavab verə bilməyəcəklərini söyləsə də, bizə maraqlı olan bəzi məlumatları ala bildik. Əvvəlcə gəlin Sumqayıt şəhərində yerləşən, əhatə dairəsində Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayon təhsil müəssisələri olan 1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzinin keçirdiyi son bir neçə tender proseduruna nəzər salaq.

Təhsil müəssisələrində deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin görülməsi üzrə 140 000 manat məbləğində satınalma müqaviləsi 19.04.2021-ci il tarixdə “AVRO DEZİNFEKSİYA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVRO DEZİNFEKSİYA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.11.2014-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, MƏH 14, ev 112B, m. 18, qanuni təmsilçisi kimi Həziyeva Sevil Alı qızı qeyd olunub.

Təhsil müəsisələrinin isidilməsi üzrə 480 000 manat məbləğində satınalma müqaviləsi 19.04.2021-ci il tarixdə “MAHMUD KFT” ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAHMUD KFT” -nin 22.05.2001-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, qanuni təmsilçisinin isə İsmayılov Orxan Bilal oğlu olduğu göstərilir.

Qeyd edək ki, ötən il təhsil müəssisələrində dezinfeksiya, dezaritasiya, dezinseksiya işlərinin aparılması üzrə 54000 və 53874 manat məbləğində satınalma müqavilələri “İDEAL DEZİNFEKSİYA” Məhdud Məsuliyyətli Cəmiyyəti bağlanılmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İDEAL DEZİNFEKSİYA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.02.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, MƏH 14, ev 112B, m. 65,qanuni təmsilçisi kimi Abdullayev Vüqar Rafiq qeyd olunub.

Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlara görə 1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzinin əhatə dairəsində olan, Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayon təhsil müəssisələrində deratizasiya, dezinseksiya və dezinfeksiya işləri hər yerdə olduğu kimi,burada da məktəb direktorlarının fond pulu ilə aldığı xlor və digər kimyəvi maddələrlə səthi aparılmış,ayrılmış vəsaitin çox hissəsi təyinatından kənarlaşdırılmışdır. Burada da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edilməmiş, saxtakarlığa yol verilmişdir. Belə ki, Mərkəzin müqavilə bağladığı “AVRO DEZİNFEKSİYA” və “İDEAL DEZİNFEKSİYA” MMC-lər SUMQAYIT ŞƏHƏRİ, MƏH 14, ev 112B ünvanında yerləşdiyindən,qanuni təmsilçilərinin də bir nəfər olduğunu deməyə əsas verir.

Qeyd edək ki, Zəngilan,Qubadlı və Şuşa məktəblərinin əksəriyyəti Bakıda və Sumqayıtda yerləşdiyindən qazanxanalar vasitəsi ilə isidilir. Abşeronun və Sumqayıtın məktəbləri də həmçinin. Odur ki,“MAHMUD” Kəndli Fermer Təsərrüfatı sözügedən məktəbləri odun və yaxud da ixtisasına uyğun olaraq təzəklə isidə bilməz. Qalır Xızı rayonun dağ kəndləri ki,burada da odun vasitəsi ilə isidilən məktəblərə yanacaq valideynlərin hesabına alınır. Bəs ayrılan vəsait necə olur? Sadə,1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzi ayrılmış vəsaiti “MAHMUD” Kəndli Fermer Təsərrüfatının hesabına köçürür, ikinci də öz növbəsində “Azəristiliktəchizat” ASC-nin hesabına. Göründüyü kimi burada da podratçının ixtisas göstəriciləri nəzərə alınmamış,artıq neçə illərdir inhisarşılıq hallarına yol verilmişdir. Bu sadə bir işi görmək üçün Sumqayıtda və yaxud Abşeronda “MAHMUD KFT”-dən başqa şirkət yoxdur? Sözügedən fermer təsərrüfatı ilə birbaşa müqavilənin bağlanılmasında təbii ki, maraqlı olan tərəflər var. Göründüyü kimi açıq tender metodu istifadə edilməli olduğu halda digər metodlardan istifadə edilib. Bu da yuxarıda qeyd etdiyimiz kimi,büdcə vəsaitlərindən istifadə zamanı rəqabətli satınalma üsullarına deyil,gizlin üsullara əl atmaqdan başqa bir şey deyildir.

Digər tərəfdən satınalmaların əsas şərtlər toplusunda iddiaçılar tərəfindən texniki imkanları və işçi qüvvəsi barədə məlumatların təqdim edilməsi nəzərdə tutulur.“MAHMUD KFT”-nin bu işləri reallaşdırması üçün texniki imkanları nə qədərdir,bəlli deyil. Amma 1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzinin Tender Komissiyası 480 000 manat məbləğində satınalma müqaviləsi bağladığı “MAHMUD KFT” -nin Dövlət Vergi Xidmətinin bu günə olan məlumatlarına görə 13 589.65 manat vergi borcu olduğunu hesabatlardan bilməli idi. Bilməyibsə bunlar podratçıdan bank və vergi təminatı alınmadan müqavilənin bağlanılması deməkdir.

Telefonla söhbət zamanı 1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzinin işçinin bildirdiyinə görə Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə razılaşdırılaraq birbaşa müqavilə bağlanıb. Bu daha pis. Nazirliyin Maliyyə şöbəsi belə bir satınalmaya niyə yol verib? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də həmçinin. Axı sözügedən Dövlət Xidmətinin ən əsas vəzifəsi məhz bu inhisarçılığın qarşısını almaq, dövlət vəsaitləri hesabına həyata keçirilən satınalmalarda sağlam rəqabət mühitinin, hamı üçün bərabər şərtlərin yaradılmasını təmin etməkdir.Məgər Dövlət Xidmətinə bilmirlər ki, vergi borcu olan iddiaçının tender prosedurunda iştirakı mövcud qanunvericiliklə yolverilməzdir.

Təhsil Nazirliyi 1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzinin müqavilələr bağladığı MMC-lərə gəlincə. Sözügedən MMC-lərin barəsində açıq mənbələrdə adından başqa hər hansı bir məlumat yoxdur. Bu MMC-lərin yalnız 1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzinin sifarişinin qalibi olması onu göstərir ki, tenderin keçirilməsi bir nəfər tərəfindən idarə olunur və satınalma müqaviləsi yaxın şəxslə formal olaraq bağlanılıb.

Aktualinfo.org

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

May 2021 (305)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)

Рейтинг@Mail.ru