Xüsusi təhsil müəssisələrində işləmək istəyənlərin nəzərinə!

sen-13
22:40 2021

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən verilən məlumata görə, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr 16-17 sentyabr tarixlərində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçiriləcək.

Müraciət edən namizədlər arasından yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla 80 namizəd seçilib və onlar müsahibəyə dəvət edilib.

Namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidənhazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur.

Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki "Təhsil haqqında məlumatlar" bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.

Müsahibəyə dəvət olunan namizədlərin seçimi zamanı onların biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, vakansiya seçimi 7-9 sentyabr tarixlərində həyata keçirilib və seçimlərdə 2138 namizəd iştirak edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru