Bakıda müəllim şagirdin başını divara çırpdı

yan-12
16:03 2022

Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşıb.

Xeberfakt.az bildirir ki, bu barədə məktəbdə təhsil alan şagird Leyla Əliyevanın anası məlumat verib.

Qeyd edib ki, qızı marker ilə şəkil çəkmək istəyəndə fiziki tərbiyə müəllimi onun əlindən markeri alıb:

“Şagirdlərin gözü qarşısında qızımın başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Ərizə ilə şikayətimi bildirəndə bütün şagirdlər gördükləri bu dəhşətli özbaşınalığı müdiriyyətə danışdı. Xatırladım ki, mən də 16 il təhsil müəssisəsində müəllimə kimi çalışmışam.

Üç övlad böyüdürəm. Uşaqlarımın tərbiyəsinə və təhsilinə xüsusi diqqət yetirirəm. Bu özbaşınalığa susmayacağam. Belə vəhşiliyə yol verən kəs müəllim adını daşımamalıdır”.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 117 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəlliminin dərsin təşkilində yol verdiyi nöqsanla bağlı müvafiq araşdırma aparılıb:

“Araşdırma nəticəsində 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru