Xəbərlər

Universitetlərə minimum keçid balları - Harada neçə baldır? - SİYAHI

iyn-21
10:40 2022

Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdi artıq başa çatıb. İndi abituriyentlər ikinci - sonuncu cəhdə hazırlaşırlar. Hazırda abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri ötən il ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid ballarıdır.

Qeyd edək ki, 2021-ci ildə təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 44 861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.


Bəzi universitetlərə ötən ilki minimum keçid ballarını dəqiqləşdirməyə çalışıb.
 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nəcibə Mirzəyeva sorğumuza cavab olaraq bildirib ki, ixtisaslar üzrə minimum keçid balları müxtəlifdir. Ancaq ümumilikdə götürəndə 2021-ci ildə AzMİU-da keçid balı 200 bal olub.
 

Bakı Slavyan Universitetinin mətbuat katibi Zeynəb Kazımova isə deyib ki, 2021-2022-ci tədris ili üzrə Bakı Slavyan Universitetində ən aşağı keçid balı “Regionşünaslıq” (Rusiya üzrə) (rus bölməsi, əyani təhsil forması) ixtisasında 152.6 bal olub.


Onun sözlərinə görə, ən yüksək keçid balı “Xarici dil müəllimliyi” (ingilis dili) ixtisasında olub. Həmin ixtisasın ödənişli keçid balı 450.4, dövlət sifarişli keçid balı isə 535.8 bal olub.


Azərbaycan Tibb Universitetində ötənilki keçid balları ilə bağlı mətbuat katibi Günel Aslanova məlumat verib. O, bir neçə ixtisasın balını açıqlayıb. Mətbuat katibinin sözlərinə görə, keçən il Müalicə işi ixtisası üzrə Azərbaycan bölməsində minimum bal 595, Rus bölməsi üzrə 602.4, İngilis dili bölməsində isə 666.3 olub. Stomayologiya ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 577.9, Rus bölməsində 582.1 olub. İctimai Səhiyyə ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 545.5, Rus bölməsində isə 547.1 bal olub. Əczaçılıq üzrə keçid Azərbaycan bölməsində 524, Rus bölməsində isə 512.3, Fizioterapiya ixtisası üzrə 567.7 bal, Tibb bacılığı ixtisası üzrə isə 488.9 bal olub.


Ötən il Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetinin hər birində minimum keçid balı 200 olub.

2021-2022-ci tədris ilində Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinə keçid balı da 200 olub.


Ötən il Bakı Ali Neft Məktəbində isə minimum keçid balı 400 bal olub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru