Xəbərlər

600-ə yaxın məktəbdə direktor yoxdur - NAZİR

iyn-21
14:57 2022

Azərbaycanda məktəb direktorları şagird sayına görə təyinat ala bilər.

 

Bu barədə təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, hazırda 600-ə yaxın ümumtəhsil müəssisəsinin rəhbəri vəzifəsi vakantdır:

 

"Məktəb direktoru olmaq istəyənlərin sayı çoxdur, lakin Təhsil Nazirliyinin kriteriyalarına və meyarlarına uyğun şəxslərin müəyyənləşməsi əsasdır. Biz həqiqətən də layiqli namizədlərin məktəb direktoru vəzifəsinə təyinatını istəyirik”.

 

Nazir qeyd edib ki, məktəb rəhbərlərinin təyinatı məsələsində şagird sayına görə müxtəlif fərqli seçim qaydalarının tətbiqi nəzərdə tutulub:

 

“Məsələn, daha kiçik məktəblərdə həmin ərazinin, kəndin sakini olan, yaxud da ora yaxın yaşayan bir insanın məktəb direktoru olması və kollektivin iştirakı ilə prosesin həyata keçirilməsini, daha böyük məktəblərdə isə şagird sayı böyüdükcə, işin yükü artdıqca nisbətən daha mürəkkəb və daha çox mərhələli modellərin tətbiqini planlaşdırırıq”. 

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru