Xəbərlər

Dərslər 1, yoxsa 15 sentyabrda başlasın? - SORĞU NƏTİCƏLƏRİDərslər 1, yoxsa 15 sentyabrda başlasın? - SORĞU NƏTİCƏLƏRİ

iyn-24
14:00 2022

Dərslərin başlanma tarixinin dəyişdirilməsi ideyasına əhalinin münasibətini öyrənmək məqsədilə sorğu keçirilib.

İqtisadçı Samir Əliyev həmin sorğunun nəticələrini açıqlayıb.

Sorğunun aparılmasında məqsəd əhalinin təhsil müəssisələrində dərslərin başlanması vaxtına münasibətini öyrənmək olub. Sorğuda ümumilikdə 714 nəfər iştirak edib. Sorğu 21-23 iyun tarixlərində sosial şəbəkələr (facebook, linkedin, telegram) üzərindən aparılıb.

Sorğu iştirakçılarının 65%-i (448 nəfər) özünü valideyn, 4%-i tələbə (28), 7%-i (50) şagird qismində təqdim edib. Yerdə qalan 24% (172 nəfər) respondent isə digər qruplara (məsələn, valideyn deyil) aid olub.

Növbəti suala cavab verən respondentlərin 62,7%-i (448 nəfər) dərslərin hər il sentyabr ayının 1-də başlaması ideyasını dəstəklədiklərini bildiriblər. 27,7% (198 nəfər) respondent tədris ilinin indiki kimi sentyabr ayının 15-də başlamasına üstünlük veriblər. 9% (64 nəfər) respondent isə tarixin önəm daşımadığını bildirərək əsas diqqətin təhsilin keyfiyyətinə yönəldilməli olduğunu qeyd ediblər. 0,6% (4 nəfər) respondent münasibət bildirməyib.

Dərslərin sentyabr ayının 1-dən başlanması ideyasını dəstəkləyənlər fikirlərini aşağıdakı səbəblərlə izah ediblər (fikirlər ümumiləşdirilib):

- İqlim dəyişikliyinə görə havalar çox istiləşib, iyun ayında xüsusilə isti hava şəraiti dərs keçməyə imkan vermir;

- Yay tətili dövrünə düşdüyündən iyun ayında faktiki olaraq dərslər keçirilmir;

- Dərslər gec başladığından şagirdlər buraxılış imtahanına qədər proqramı tam mənimsəyə bilmirlər;

- Uşaqların yay tətili müddəti qısalır və onların istirahəti payız fəslinə düşür;

- Mart ayında qəbul imtahanları bitdiyindən sonrakı dövrlər buraxılıış siniflərində təhsilə maraq azalır;

- Dərslərin sentyabr ayının 1-i başlaması nostalji hisləri yaradır;

Dərslərin başlanma vaxtın indiki kimi sentyabr ayında saxlanılmasını dəstəkləyənlərin əsaslandırmaları aşağıdakı kimi olub (fikirlər ümumiləşdirilib):

- Sentyabrın birinci yarısı hava isti olduğundan tədrisin keyfiyyəti aşağı olur;

- İbtidai sinif şagirdləri üçün sentyabrın 1-I dərsə başlamaq daha çətin olur;

- Sovet təhsli mirasından uzaqlaşmaq yollarından biridir;

- Dərslər sentyabr ayının 1-i başlayanda valideyn həm yay, həm də payız/qış geyimi almaq məcburiyyətində qalır. Ancaq dərslər ayın 15-i başayanda payız/qış geyimi almaqla kifayətlənirlər;

- Dünya praktikası və beynəlxalq təhsil standartlarına uyğunlaşmaq üçün indiki tarix saxlanılmalıdr;

- Yay tətilindən sonra uşaqlarda məktəbə adaptasiya çətinlik yaradır. Sentyabr ayının ilk 15 günü imkan verir ki, uşaqlar məktəbə hazırlaşa billsinlər

- Sentyabrın 15-i Azərbycan üçün önəmli günü olduğundan dərslərin həmin tarixdə başlaması məqsədəuyğundur

- Uşaqlar artıq mövcud tarixə adaptasiya olunduqlarından tarixin dəyişməsinin mənfi fəsadları ola bilər

- Rusiya ilə dərsə eyni vaxtda başlamaq yolverilməzdir

- Yuxarı siniflərdə SAT ingilis dili imtahanları olur. Beynəlxalq olimpiadalar isə iyulun 20 bitir.

- Sentyabr ayının 15-nə kimi əksər kənd təsərrüfatı məhsullarının yığım vaxtı bitir. Uşaqlar həmin dövrdə ailələrinə dəstək verirlər.

Respondentlərin bir çoxu seçim etsələr də, fikir bildirmək istəməyib, “belə daha yaxşıdır” cavabı ilə kifayətləniblər.

Bəzi respondentlər daha fərqi cavablar veriblər:

- Dərslərin başlanma vaxtından asılı olamayaraq may ayının sonu bitməsi arzuolunandır.

- Dərslərin başlama vaxtı mərkəzləşdirilmiş şəkildə yox, fərdi olmalıdır. Yəni dərsin başlama vaxtını tədris ocaqlarının özlərin müəyyənləşdirilməlidir

- Dərslərin bitməsi konkret tarixlə yox, kurikulumun bitmə müddəti ilə müəyyənləşməlidir.

Vətəndaş cəmiyyəti olaraq insanların fikirlərini ictimaiyyətə çatdırdıq. Qərar isə hökumətindir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru