Xəbərlər

Arif Həşimov Elm və Təhsil Nazirliyinə müavin gəlir? - AÇIQLAMA

avq-02
14:20 2022


Arif Həşimov Elm və Təhsil Nazirliyinə müavin gəlir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Yerli mediada hazırda AMEA prezidentinin səlahiyyətlərini icra edən Birinci vitse-prezident Arif Həşimovun Elm və Təhsil Nazirliyinə müavin gələcəyi ilə bağlı iddialar səslənir. İddia olunur ki, Arif Həşimov elm və təhsil nazirinin müavini olaraq elm sahəsini kurasiya edəcək.

Məsələ ilə bağlı AMEA prezidentinin səlahiyyətlərini icra edən Birinci vitse-prezident Arif Həşimovla əlaqə saxladıq.

Cebhe.info-ya danışan Arif Həşimov səslənən iddiaları təkzib edib: “Belə bir məlumat yoxdur. Səslənən iddialar əsassızdır”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru