Xəbərlər

“Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir”

okt-04
15:20 2022


“Məktəbdə zorakılıq səhnəsini ürək ağrısı ilə seyr edirsən. Kimi suçlayasan? Ev, valideyn, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən, hətta döyülən- hamısının bu şəraitin yaranmasında günah payını tapa bilərsiniz”. 

Bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, bildirib ki, ən əsas olan boşluq- müəllim avtoritetinin olmamasıdır:

"

Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir. Əsas işi də səhərdən-axşamacan yazı yazmaq, yaxud da sertifikasiyaya hazırlaşmaqdır.

Praktik olaraq hər şagirdə diqqət yetirmək imkanı olmur. Bu cür köntöy şagirdlər, eləcə də məzlum şagirdlər hər məktəbdə var. Ancaq səviyyəli idarəetmə olan məktəblərdə məktəbin təlim-tərbiyə standartlarına hamısı tabe olur.

Videonu çəkən, eləcə də aralaşdırmağa cəhd etməyənlərin də biganəlikləri düşündürücüdür. Bu cür videoları uşaqların üzlərini qapadaraq paylaşmaq zəruri idi. Ancaq mütləq paylaşılmalıdır ki, gerçək vəziyyətin cüzi bir qismi ilə cəmiyyət tanış olsun.

Bəs digər zorakılıqlar barədə aşkarlıq varmı? Cinsi və ya maddi zorakılıqlar, hamiləlik, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincə qulağımıza çatır. Tədbir-filan görülməsi boş şeydir, müstəqillik dövrümüzdə sanki məqsədyönlü şəkildə təhsilə ancaq pul qazanma yeri kimi baxılmasının yekun tablosudur bu.

Burada vəziyyətin daha faciəli yön almaması üçün müəllimin səlahiyyətləri, sinfə müdaxilə imkanları artırılmadıdır. Çünki, güclü direktorun olması da, hər bir detala nəzarət etməyə yetərli sayılmaz. Müəllim güclü, xarakterli və səlahiyyətli olmalıdır. Başlıcası da sinfə hakim olmalıdır. Ancaq bu səlahiyyət valideynlərdən hədiyyə, pul qoparmaq fürsəti kimi anlaşılmamalıdır.

Bunları sözgəlişi yazıram. Çünki son vaxtlar hansısa quruma, vəzifəli şəxsə təklif verməyi dayandırmışam. Səbəb sadədir: Azərbaycan dilində dediklərim anlaşılmır. Başqa dildə də yazmağıma və ya söyləməyimə Konstitusiyamız izin vermir.

Harada qalmışıq? Köhnə dərsdə. Səhifələri geriyə çevirməyə davam edək”./yenisabah.az


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru