Xəbərlər

Quba Dövlət Sosial-İqtisadi Kollecində ŞOK ÖZBAŞNALIQ –Təhsil müəssisəsi torpaqları icarəyə verib - VİDEO

dek-05
11:10 2022


Əldə edilən məlumata görə Quba Dövlət Sosial-İqtisadi Kolleci pul qarşılığında fiziki şəxslərə icarəyə verilib. Mənbəmiz xəbər verir ki,Kollec rəhbərliyinin tapşırığı əsasən təhsilin balansına aid olan 50 hektar ərazi 20-dən çox vətəndaşa icarəyə verilib. Bunun müqabilində isə vətəndaşlar hər il 1 hektar üçün kollektiv rəhbərinə 400 manat pul verirlər.Həmin torpaq sahələri təhsil müəssisələrinə müxtəlif elmi-təcrübələr və sınaqların aparılması üçün ayrılıb.Amma…

Torpaqlarda elmi təcrübələr aparılaraq,tələbələrin praktik-elmi və bilik bacarıqlarını təkminləşdirib Azərbaycan elminə bir töhfə vermək əvəzinə Kollec rəhbərliyi torpaqları icarəyə verərək qeyri-qanuni gəlir əldə edir.Bu faktı isbat olaraq torpaq icarədarlarlnın birinin səs yazısının Sizə təqdim edirik:

Bu səs yazından bəlli olduğu kimi həmin vətəndaş Kollecin balansına aud torpaqlardan bu minvalla istifadə edir.İcarə haqqını isə Kollecin pedaqoji kollektivində müəllim işləyən QƏRİB adlı şəxs toplayır.

Məsələ ilə bağlı Quba Dövlət Sosial-İqtisadi Kollecin direktoru Cəvahir Isgəndərovla əlaqə saxlayıb münasibət öyrənmək çalışdıq.

Kollecin direktoru Cəvahir xanım iddia edir ki,torpaq sahələri aidiyyatı üzrə istifadə edilir və kənar şəxslərə icarəyə verilməyib.

O torpaqda əkin-biçin aparan vətəndaşlar artıq bir neçə aydır ki,həmin ərazidən istifadə etdiyini deyir.Həm də bunun bir nəfərin yox,10-a yaxın insan deyir…

Kollecin direktorunun Quba rayon Zizi kəndi ərazisində yerləşən 24 hektarlıq torpaq ərazisindən deyəsən heç xəbəri yoxdur. Ona görə xəbər verək ki, birdən nə vaxtsa, o torpaq sahələrinə tələbələri təcrübəyə göndərmək niyyətinə düşsələr,dərhal bu fikirdən vaz keçsinlər.Çünki,həmən torpaq sahələrində fermerlər böyük xərc çəkib “Gilas bağı” salıblar.

Əminəm ki,TƏHSİL NAZİRLİYİ əlindən bir iş gəlməyənlərin haqqında ölçü götürüb,o torpaqları təyinatı üzrə istifadəyə verilməsi istiqamətində bir iş görəcək.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.Turantv.az 



Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru