Xəbərlər

Məktəblilər arasında oxu və mütaliə vərdişlərinin artırılması istiqamətində layihə həyata keçirilib

yan-18
18:20 2023


 

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan “Məktəblilər arasında oxu və mütaliə vərdişlərinin artırılması” layihəsi çərçivəsində 18 yanvar 2023-cü il tarixində Lənkəran rayonu, Lüvəsər kənd tam orta məktəbində seminar xarakterli tədbir həyata keçirilmişdir. Tədbirin açılışını məktəbin direktoru Mais Əliyev etmiş, layihə rəhbərini və eksperti təqdim edərək və layihənin faydalılığı haqqında iştirakçılara məlumat vermişdir. 

Tədbirdə ümumilikdə 40 nəfər şagird, həmçinin 5 nəfər müəllim iştirak edib. Tədbirdə ekspert qismində Lənkəran Dövlət Universitetinin müəllimi, beynəlxalq dərəcəli təlimçi, müxtəlif dövrlərdə  AzGF və ETN tərəfindən elan olunan qrant layihə müsabiqələrinin qalibi Samir Salayev şagirdlərə mütaliə və onun məktəblilər üçün faydaları mövzusunda məlumatlar təqdim etmiş, mütaliə prosesinin insanın həyatında, dünyagörüşünün formalaşmasında, nitqinin inkişafındakı əhəmiyyətini və məktəblilərin gələcək karyeralarında  rolunu diqqətə çatdırmışdır.

Mütaliə vərdişlərinin yaradılması və inkişaf etdirilməsi ilə bağlı səmərəli üsullar barədə məktəblilərə dolğun məlumatlar verilmişdir. Eyni zamanda, layihənin rəhbəri Züleyxa Bayramzadə özünün oxu və mütaliə ilə bağlı təcrübələrini məktəblilərlə paylaşmışdır. Qeyd edək ki, layihənin əsas məqsədi Lənkəran rayonunun Lüvəsər və Bəlləbur kənd tam orta məktəblərinin V-XI sinif şagirdləri arasında oxu və mütaliə vərdişlərinin inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirdlər həyata keçirmək, məktəblilərin yazıçı ilə görüşünü təşkil etmək və “Ən yaxşı oxucu” müsabiqəsi təşkil etməkdir. Layihənin davamlılığını təmin etmək məqsədilə məktəb daxilində müxtəlif siniflərdən olan şagirdlərdən ibarət kitab klubu yaratmaq və onların fəaliyyətini müntəzəm izləmək nəzərdə tutulur.

  

Hörmətlə,  layihə rəhbəri   Züleyxa Bayramzadə                                                                                                                                                                                                               18.01.2023

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru