Xəbərlər

Masallıda məktəb direktoru həbs edilib.

fev-02
14:02 2023


Masallı rayon Musaküçə kənd F.Xancanov adına tam orta məktəbinin direktoru Cahangirov İlqar Abbas oğlu həbs edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildiriblər ki, İlqar Cahangirov 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2,179.2.3,179.2.4, 308.1 və 313-cü maddələri (ötən il Maliyyə Nazirliyinin həmin məktəbdə apardığı yoxlamanın nəticəsi və vətəndaşlardan işə götürmək adı ilə aldadaraq külli miqdarda pul alması) ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Masallı rayon prokurorunun təqdimatı əsasında Masallı rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İlqar Cahangirov 2016-cı ildən Musaküçə kənd F.Xancanov adına tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru