Xəbərlər

Şəhidin adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO

fev-03
19:10 2023


Siyəzən şəhəri, Gənclik qəsəbəsi, şəhid Nazim Əsədov adına 4 saylı məktəb qəzalı vəziyyətə düşüb.

Valideynlər uşaqlarının yararsız vəziyyətdə olan məktəbdə oxumalarından ciddi narahatdırlar.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən bildirilib ki, 2023-cü ildə həmin məktəbin sanitar qovşaqlarının təmiri, qapı və pəncərələrinin dəyişdirilməsi, qəzalı hissələrində isə bərpa-gücləndirmə  işlərinin aparılması planlaşdırılıb.

Qeyd edək ki, Nazim Hacı Əzizbala oğlu Əsədov 1974-cü il avqustun 11-də Siyəzən şəhərində anadan olub. O, 1991-ci ildə sözügedən məktəbi bitirib. N.Əsədov 1994-cü il yanvarın 5-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.




Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru