Təhsili olmayan direktorlar - Sensasiya

okt-30
09:34 2017
Təhsili olmayan direktorlar - Sensasiya


Danılmaz faktdir ki, ölkədə təhsilin inkişafı sahəsində son illər mühüm nailiyyətlər əldə edilməsinə baxmayaraq, inkişaf etdirilməsinə ehtiyac duyulan sahələr də var.

Bu sözləri Realliq.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, təhsilin hər pilləsi üzrə ayrı-ayrılıqda problemlər mövcuddur:

"Amma məktəbəqədər təhsil digərlərindən fərqlənir. Təəsüf ki, ölkəmizdə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4%, kəndlərdə 8,7%, ölkə üzrə isə 16,5%-dir. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur.

“Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilir ki, həmin xərclərin təhsil xərclərinin tərkibində xüsusi çəkisi 10,4 faiz təşkil edəcək. Belə ki, bu rəqəm təhsil xərclərinin 137,8 mln. manatını və ya 7,9 faizini təşkil edir. Bu sahədə problemlərin yaranmasının səbəblərindən biri məktəbəqədər təhsilin Təhsil Nazirliyinə deyil, İcra Hakimiyyətlərinə tabe olmasıdır. Buna görə də bu sahədə problemlər digərlərinə nisbətən fərqlidir".

Ekspert qeyd edib ki, bu sahənin problemlərini hissələrə bölmək lazımdır:

"Azərbaycanda hazırda 1680 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 66-sı özəl, qalanları dövlət təhsil müəssisələridir. 66 özəl məktəbəqədər təhsil müəssisəsinin 65-i Bakı şəhərində yerləşir. Bölgələrdə cəmi 1 özəl məktəbəqədər təhsil müəssisəsi var.

Digər tərəfdən kənd yerləri üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı 733-dür. Məktəbəqədər təhsil müəssisələrində çalışanların minimum əmək haqqı 200 manat, maksimum 350 manatdır. Ən əsası isə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışanların 60 faizinin, rəhbərlərinin 40 faizinin ali təhsili yoxdur. Dövlət məktəbəqədər təhsil müəssisələrində (bağçalara) qəbul prosesi ciddi rüşvətlə müşahidə olunur. Dövlət büdcəsindən bu sahəyə 140 milyon manat vəsait ayrılmasına baxmayaraq, dövlət məktəbəqədər təhsil müəssisələrinin mühafizəsi və infrastrukturu, qidalanması bərbad vəziyyətdədir".

Ekspert vurğulayıb ki, problemin həlli üçün məktəbəqədər təhsil üzrə yeni kurikulumun tətbiqinin sürətləndirilməsi zəruridir:

"Bu pilləyə qəbulla bağlı xüsusi proqram işlənib hazırlanmalı, azyaşlıların məktəbəqədər təhsilə - bağçalara cəlbinə, qəbuluna xüsusi diqqət ayrılmalıdır".

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində Azərbaycanda məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru